"Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır" - Adil Allahverdiyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev COVİD-19 virusuna qarşı vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə səslənən fikirlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, A.Allahverdiyev Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda əvvəllər "COVİD-19 virusu yoxdur" deyən insanlar olduğu kimi, vaksinasiya başladığı dövrlərdə də bəlli qruplar bu prosesə qarşı çıxış etməyə başlayaraq bu vaksinin təhlükəli olması, vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə fikirlər səsləndirdilər. Amma zaman göstərdi ki, insanlar COVİD-19-un mövcud olmaması barədə fikirlərin yalan olduğunu gördükləri kimi, vaksinin təhlükəli xəstəlik yaratması barədə fikirlərin əsassız olduğunu, ölkəmizdə tətbiq olunan vaksinlərin çox keyfiyyətli və profilaktik tədbir görə bilmək xüsusiyyətinə malik olduğunu gördülər. Buna görə də indi artıq hər bir insan könüllü şəkildə vaksin vurdurmaq istəyir.
Vaksin vurdurmaq istəyən insanların sayının getdikcə artdığını deyən A.Allahverdiyev qeyd edib ki, ölkəmizdə istifadə edilən peyvənd inaktivləşdirilmiş, yəni ölmüş viruslardan hazırlanıb.
Professorun dediyinə görə, vaksinin birinci dozası vurulan zaman orqanizm əslində, öldürülmüş virusla tanış olur. İkinci doza vurulan zaman isə orqanizm artıq öldürülmüş virusla tanış olduğu üçün immun hüceyrələr aktiv hərəkətə keçməyə başlayır:
"Beləliklə, immun sistemi orqanizmə daxil ola biləcək virusdan qorunmaq üçün bütün fəaliyyətini yüksək səviyyədə yerinə yetirmiş olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





