Həkim açıqladı: “SMS icazə bərpa edilməlidir, başqa YOL YOXDUR”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib.
İnfeksionist qeyd edib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: "Sadəcə olaraq insanlarda bir qədər arxayınlıq yaranıb. Bəzi insanlar demək olar ki, koronanın varlığını yaddan çıxarıb. Son günlərin statistikasında artım dinamikası müşahidə olunur. Bu da karantin tədbirlərinin nisbətən yumşalması ilə bağlıdır.
Bir sıra məktəblər, o cümlədən ictimai iaşə obyektləri mərhələli formada açılmaya getdi. Təbii olaraq mərhələli bərpa prosesi ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olur. Bu da yoluxma statistikasında artıma gətirib çıxarır. Son dövrlər yoluxma sayı 100-dən aşağı düşmüşdüsə, hazırda gündəlik 300-350 nəfərdə yoluxma qeydə alınır".
Ekspert qarşıdan gələn Novruz bayramı ərəfəsində yoluxma sayında artımın olacağını istisna etmir:
"Bayram ərəfəsində insanların qonaq getmək kimi bir ənənəsi var. Bu zaman insanlar bir-biri ilə daha çox ünsiyyətdə olacaq. Bu da yoluxmaların artmasına təsir edəcək".
Vüqar Cavadzadə hazırda ölkədəki epidemioloji vəziyyəti stabil qiymətləndirib:
"Düşünmürəm ki, hazırda sərt karantinə gediləcək. Çünki bu gün epidemik proses nəzarət altındadır. Amma yoluxma sayı artarsa, sərt karantindən başqa alternativ yolumuz qalmır.
Ölkəmizdə 3 dəfə sərt karantinə gedilib. Ən çox yoluxma payız aylarında qeydə alınmışdı. Gündəlik 4000-4500 nəfərin testinin nəticəsi pozitiv çıxırdı. Sərt karantin tədbirləri tətbiq olunandan sonra yoluxma sayında azalma qeydə alındı. Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır. İnsanlar bir qədər ehtiyatla davranmalıdır ki, bayramdan sonrakı dövrdə sərt karantin rejimində yaşamayaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
XƏBƏR LENTİ
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi





