Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda süni mayalanma neçəyə başa gəlir?
27 Aprel 2010 22:11
Baxış: 10 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Terapevtik müdaxilənin effekt vermədiyi hallarda son çarə kimi ailələr "sınaq şüşəsində uşaq" sifariş verə bilər. "Sınaq şüşəsində uşaq" texnologiyası və ya süni mayalanma - qadın bətnində gedən proseslərin laboratoriyada həyata keçirilməsi deməkdir. Yəni hər iki tərəfin cinsi hüceyrələrindən istifadə etməklə, laborator şəraitdə yaranmış embrion yenidən qadının bətninə yerləşdirilir.
Süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimalıyevanın sözlərinə görə, yumurta hüceyrələri toplandıqdan sonra kənarda sperma ilə mayalandırılır və 2-3 gündən sonra müvafiq olaraq uşaqlıq boşluğuna embrion köçürülür. Bundan 12-14 gün sonra analiz verilir, yəni hamiləlik testi aparılır.
Avropada bu üsul çoxdan tətbiq olunur - ilk belə uşaq 28 il əvvəl dünyaya gəlib. Amma bizdə "sınaq şüşəsində uşaq" texnologiyasından çoxlarının xəbəri yoxdur. Bilənlər arasında bu üsuldan utananlar və ya ehtiyat edənlər də var. Həkimlər bunun dərmanın işə yaramadığı halda texnologiyaların köməyə gəlməsi kimi izah edir.
Mütəxəssis bəzən insanların süni mayalanma sözünü çox soyuq qarşıladıqlarını deyir. "Mənim uşağım olmayacaq, deyirlər. Bu da maariflənməmədən irəli gəlir. Süni mayalanmadan doğulan uşaq həm atanın, həm də ananın genetik materiallarını daşıyan uşaq olur. El arasında belə söhbətlər olur ki, bu uşaqlar xəstə ola bilər, bu uşaqlarda hər hansı bir genetik patologiya ola bilər. Onu qeyd edim ki, bu cür hamilə qalan xanımların digər hamilələrdən heç bir fərqi olmur".
Məsələnin hüquqi tərəfinə gəldikdə, Sevinc Sevdimalıyeva bildirir ki, əgər müraciət edənlər 18 yaşından yuxarıdırsa və aralarında rəsmi nikah varsa, onda onların bu prosesə tam hüquqları çatır. Bu məqsədlə klinikaya müraciət edənlərə süni mayalanma haqqında ətraflı məlumat verilir və onlara prosesin müsbət və mənfi tərəfləri izah edilir. Bundan əlavə, proses haqqında ətraflı məlumat razılıq ərizəsində, yazılı şəkildə də onlara təqdim edilir. Yalnız bu ərizə ilə tanış olub onu imzaladıqdan sonra süni mayalanma həyata keçirilə bilər.
Qeyd edək ki, bu metodla dünyaya gələn uşaqların çoxu əkizlərdir. Həkimlər bunu təbii sayır. Bu mərkəzlərdə uşağın cinsini də sifariş vermək olar. Doğrudur, uzun müddətdən sonra uşaq tapan ailələr qız və ya oğlan üçün eyni dərəcədə şad olur. Amma bəzi hallarda, məsələn, valideynlərdən biri talassemiya xəstəsi olanda, uşağın oğlan olmasını istəyirlər. Çünki qız xəstəliyin daşıyıcısı olur. Onu da qeyd edək ki, bu proses valideynlərə ən azından 3000-4500 manata başa gəlir.
ANS TV

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
-
Yalçın Babayev işdən azad edildi