İrana müalicə məqsədilə səfər etməyin şərtləri açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə müayinə və müalicə üçün İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdır.
İran İslam Respublikasının Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar müayinə və müalicə məqsədi ilə İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları İran İslam Respublikasnın Bakıdakı səfirliyinin Konsulluq şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.
Bu prosesdə bəzi şərtlər yerinə yetirilməlidir:
- İrana getmək məqsədi ilə giriş icazəsi almaq istəyən şəxslər səfirliyin Konsulluq şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidir.
- Giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PZR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidir.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinin ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269.
Telefonlar: +99412-433-03-11, +99412-434-19-76.
Qeyd edək ki, daha əvvəl əcnəbi vətəndaşların İrana səfər etməsinin qaydaları açıqlanmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana payız fəsli daxil olub
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
XƏBƏR LENTİ
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb





