Cəmiyyət

Pensiyaların orta aylıq məbləği artıb

4 Mart 2021 10:19
Baxış: 2 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son 3 ildə pensiyaların orta aylıq məbləği 60% artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artımı, əsasən, cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.

Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.