Cəmiyyət

"Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmalıdırlar" - VİDEO

2 Mart 2021 13:19
Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda rusiyalı sülhməramlıların yerləşdiyi ərazilərimizdə, Xankəndi və digər yerlərdə yaşayan Qarabağ erməniləri Azərbaycan vətəndaşları ilə eyni hüququ daşıya, mərkəzi və yerli icra orqanlarında çalışa bilərlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Xankəndi və digər ərazilərimizdə yaşayan Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məsələsini şərh edən beynəlxaq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.

Ekspertin sözlərinə görə, həmin ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunvericiliyinə və Konstitusiyamıza tabe olduqları müddətdə, Azərbaycanın tamhüquqlu vətəndaşları sayılırlar. Belə olduğu təqdirdə, Qarabağ ermənilərinin bizim  Konstitusiyamızda və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi müqavilələrdə əks olunan bəndlərlə bütün hüquqi vəzifələrə malikdirlər və bundan da istifadə edə bilərlər.

Əfsər Sadıqov deyib ki, həmin ərazilərdə idarəetmə tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmalıdır. Bütün dövlət orqanlarında kargüzarlıq Azərbaycanın dövlət dilində olmalıdır. Bundan başqa, Konstitusiyanın 124-cü maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanları formalaşdırılmalıdır. Bu orqanlarda erməni əsilli Azərbaycan vətəndaşları da iştirak edə bilərlər.

Qeyd edək ki, hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onların digər vətəndaşlar kimi bütün hüquq və azadlıqları dövlət tərəfindən təmin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.