Şəhid anası: Onlar elə bir zirvədədirlər ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsi qəhrəmanlarından olan Elçin Zalov döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. O, Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Zalov Elçin İslam oğlu 1995-ci il iyunun 6-da Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Elçin yaşa dolduqca şəhid əmisinin qəhrəmanlıq xatirələri ilə böyüyüb. Elə kiçik yaşlarından arzusu hərbçi olmaq olub.
Şəhidin atası İslam Zalov deyib ki, Elçin vətənpərvərliyi ilə seçilirdi. Əmisi birinci Qarabağ müharibəsində şəhid olub. O, əmisinin qisasını almaq üçün söz vermişdi.
Ermənilərə qarşı böyük nifrət bəsləyən Elçin həqiqi hərbi xidmətdə olarkən ön cəbhədə Vətənin keşiyini çəkir. Hərbi xidməti başa vurduqdan sonra xidmətini davam etdirmək istəsə də, bu istəyi baş tutmur, mülki işdə çalışmağa başlayır. İyul hadisələrindən sonra Elçin hərbi çağırışa könüllü olaraq müraciət edir. Vətən müharibəsində isə ilk çağırışda ordu sıralarına qoşulur.
Şəhidimizin atası bildirib ki, vəzifəsi qumbaraatan olan Elçinin ilk döyüş yolu Füzuli istiqamətindən başlayıb. Bir çox tapşırıqların icrasını uğurla yerinə yetirib, düşmənin texnika və canlı qüvvəsini məhv edib. Daha sonra Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərdə düşmənə ağır zərbələr vurub. Oktyabr ayının 21-də isə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid anası Şəhla Nəcəfova deyib ki, övlad itkisi ağır olsa da, onların Vətən uğrunda canlarını fəda etməsi, torpaqlarımızın azad olunması uğrunda şəhid olması valideynlər üçün təsəlli yeridir. Çünki onlar Azərbaycanın şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular.
"Onlar elə bir zirvədədirlər ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq. Həyatı qiymətləndirməyi bacaran insanlar ölümü də hər zaman dəyərləndirirlər. Bütün insanlar vaxtı gəldikdə bu dünyadan köçür, lakin şəhidlər haqqında "öldü" demirik. Biz hər birimiz öləcəyik, lakin şəhidlərimiz hər zaman yaşayacaqlar. Onlar Vətəni qorudular, torpaqlarımızı azad etdilər, valideynlərini, sevdiklərini nə qədər əziz, uca tuturdularsa, Vətəni də bir o qədər uca bildilər", - deyə şəhid anası vurğulayıb.
"Şirin xatirədək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər", - deyən şəhid anası əlavə edib ki, şəhidlərimiz həyatı sevərək yaşayıb, sevilərək şəhid oldular.
Qeyd edək ki, şəhid Elçin Zalov doğma kəndi olan Dünyamalılarda torpağa tapşırılıb. Vətən müharibəsində göstərdiyi şücaətə görə Elçin ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)





