Cəmiyyət

"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi - FOTO

1 Mart 2021 11:26
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndəriliblər.

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Fond tərəfindən bu günə qədər 23 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.
Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.