Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər (ETSN) naziri Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycanın iqlim dəyişmələrinə qarşı dayanıqlılığını artıracaq birgə layihənin başlanmasını elan edib.
BMTİP-dən Milli.Az-a bildirilib ki, üç illik layihə Azərbaycan hökumətinə üç prioritet sektor - su, kənd təsərrüfatı və sahilyanı ərazilərin iqlim dəyişmələrinə uyğunlaşması tədbirlərində dəstək olacaq.
Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi layihə hökumətin mövcud institusional, texniki və maliyyə potensialını gücləndirəcək, bu isə öz növbəsində orta və uzun müddətli iqlim adaptasiyası ehtiyaclarının Azərbaycanın milli inkişaf planlarına daxil edilməsini təmin edəcək.
Nazir Babayev layihənin önəmi haqqında bəhs edərkən deyib:
"Su sektoru ölkəmizin iqlim dəyişmələrinin təsirlərinə həssas olan sahələrdən biridir. Bu baxımdan, "Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək" layihəsi su ehtiyatlarının davamlı idarə edilməsinə və kənd təsərrüfatında çevik həllərin tətbiqinə şərait yaradaraq iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşmağa yardım edəcəkdir."
BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti layihənin iqlim dəyişmələrinə dayanıqlılığı formalaşdırmaqda və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasında oynadığı rolu xüsusilə qeyd edib:
"Bu strateji layihə, ölkənin ən həssas icmalarına iqlim dəyişmələrinin təsirləri ilə ayaqlaşmağa, eləcə də öhdəsindən gəlməyə dəstək olacaq. Layihə, insanlara iqlim dəyişmələrinə qarşı dayanıqlı təsərrüfatlar qurmağa və ölkənin Paris Razılaşması və Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan hədəflərinə nail olmasına kömək edəcək."
Sözügedən layihə, qərar qəbuledici şəxslər, texniki heyət və yerli icmalar üçün məlumat toplanması və yayılması ilə bağlı yeni alətlər və təcrübələr, eləcə də maarifləndirici və təlimləndirici kurslar təklif edərək institusional, texniki və maliyyə potensialını qurmaqda dəstək olacaq. Layihə, hüquqi baza və monitorinq üzrə irəliləyişləri də təqdim edəcək. Bunun əvəzində isə gücləndirilmiş sistemlər, ölkənin və vətəndaşların iqlim dəyişmələrinin öhdəsindən gəlməyə və onun fəsadları ilə mübarizə aparmaq üçün mövcud olan ümumi potensialını inkişaf etdirməyə kömək olacaq.
"Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək" layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP-nin uğurlu və uzun müddətli əməkdaşlığına əsaslanır.
Son illər ərzində Nazirlik və BMTİP iqlim dəyişmələri, torpaqların və meşələrin idarə olunması, biomüxtəliflik və digər sahələr üzrə bir sıra birgə layihələr həyata keçirib.
Hazırda ETSN və BMTİP yerli əhali üçün içməli su ehtiyatlarının qorunması məqsədilə Xocəsən gölü ətrafında salınmış yaşıllıqların suvarılması üçün damcılı sistemin quraşdırma işlərini yekunlaşdırır. Qeyd olunmalıdır ki, ətraf mühitlə bağlı məlumatların əlçatanlığı və ictimaiyyətin bu məsələlərdə iştirakını artırmaq üçün Bakıdakı Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi tamamilə təmir edilib və müasir avadanlıqla təchiz olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda Bilik Günüdür
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Əli Əsədov yeni qərar imzaladı
XƏBƏR LENTİ
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib





