Cəmiyyət

Son damla qanına qədər düşmənlə vuruşan qəhrəman - Şəhid Fikrət Zeynallı - VİDEO

24 Fevral 2021 14:19
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Könüllü olaraq vətənin səsinə səs verənlərdən biri də o oldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  döyüşlərə qatıldı, son damla qanına qədər vuruşdu.  Yaşasaydı bu gün 26 yaşı olacaqdı şəhid Fikrət Zeynallının. Tovuz rayonunun  Aşağı Öysüzlü kəndindən  olan şəhidimiz Xocavənd uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Yaşasaydı 26 yaşını qeyd edəcəkdi. Amma o canını Vətən uğrunda fəda etdi ...

Şəhid Fikrət Zeynallı Bakı Dövlət Üniversitetinin Fizika fakultəsini fərqlənmə ilə bitirib. Arzusu ixtisas dəyişimi edib müəllim olmaq, şagirdlərə təhsil vermək idi. Tovuz rayonunun Aşağı Öysüzlü kəndindən olan şəhid Fikrət Zeynallı Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşə yollanıb.  Sonuncu dəfə də atası ilə danışanda çətin döyüşlərə girdiyini bildirib.

Anası deyir ki, "Mənim haqq yolunda savaşan oğlum, şəhidlərimizin qisasını al" dedim..

Şəhid Fikrət Zeynallı Noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.