Genlərə əl dəymədən müdaxilə: Yeni dövrün biotexnologiyası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Genetik mühəndislik və molekulyar biotexnologiya sahəsində son illərdə qeyri-invaziv üsullarla hüceyrə davranışına müdaxilə imkanları diqqət mərkəzindədir. Xüsusilə, uzaqdan idarə olunan və insan bədəninə fiziki müdaxilə olmadan genlərin aktivləşdirilməsini təmin edən texnologiyalar gələcəyin fərdi tibbinə gedən yolda əhəmiyyətli addım sayılır.
Milli.Az xəbər verir ki, isveçrəli alimlər canlı hüceyrələrdə konkret genləri uzaqdan aktivləşdirmək və ya söndürmək üçün aşağı tezlikli maqnit sahələrindən yararlana bilən biopolimerlə örtülmüş maqnit nanohissəcikləri inkişaf etdiriblər. Əvvəlki texnologiyaların əksəriyyəti bədənə xüsusi elektrodlar və ya işıq ötürücülərinin daxil edilməsini tələb edirdi. Bu cihazlar vasitəsilə genetik səviyyədə hədəflənmiş müdaxilələr aparılırdı. Lakin yeni texnika bu prosesləri invaziv müdaxilə olmadan, tam simsiz və qeyri-fiziki yolla həyata keçirməyə imkan verir.
Tədqiqatçılar tərəfindən hazırlanan bu xüsusi nanohissəciklər maqnit sahəsi ilə qarşılıqlı təsirdə olduqda reaktiv oksigen növləri (oksidləşdirici birləşmələr) əmələ gətirir. Məhz bu xüsusiyyətlərdən istifadə edərək, onlar nanohissəcikləri insulin sintez edən hüceyrələrə inteqrasiya ediblər. Sınaqlar zamanı bu hüceyrələr xüsusi kapsul şəklində birinci tip şəkərli diabetli siçanlara implantasiya edilib və sonradan maqnit sahəsinin köməyi ilə aktivləşdirilib.
Nəticədə siçanların istirahət və qidalanma mərhələlərində qan dövranındakı şəkər səviyyəsi sabitləşib. Bu nəticələr bu texnologiyanın gələcəkdə klinik tətbiq üçün potensial daşıdığını açıq şəkildə ortaya qoyur.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?





