Xəstəxana işçilərinin etirazına nazirlikdən cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
FHN-nin Modul Tipli Xəstəxanası açılandan müqavilə ilə burada çalışırıq. Dekabr ayından bəri maaş ala bilmirik. Bizi işə götürəndə bağlanan müqavilənin şərtlərinə indiyə kimi əməl olunmayıb, maaşlarımızdan hər ay qeyri-rəsmi olaraq 60 manat tutulub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə Meydan TV-yə FHN-nin Modul Tipli Xəstəxanasına koronavirusla əlaqədar xidməti müqavilə ilə işə cəlb olunan bir qrup əməkdaşı müraciət edib.
Onlar iddia edirlər ki, həftədə 40 saat işləməli olduqları halda, dörd aydır istirahətsiz çalışıblar.
Xəstəxanada porter vəzifəsində çalışan Orxan Bağırovun sözlərinə görə, indiyə qədər heç bir əlavə ödəniş almayıb:
"İyulun 10-dan burada çalışıram, 22-də müqavilə bağlanılıb. Müqavilədə iş saatları xüsusi ağır olduğuna görə dörd saat müəyyənləşdirilib. Lakin biz göstəriləndən artıq - səkkiz saat, istirahət saatında da işləmişik. Amma heç bir ödəniş olunmayıb.
İstirahət günləri müqavilədə öz əksini tapsa da, heç birinə əməl olunmur. Biz burada canımızı qoymuşuq. Rəhbərlik bizə heç bir məlumat vermir. Xüsusi riskli işdə işləsək də, tibbi sığortamız olmayıb.
İşçiləri əsassız şəkildə, maaş vermədən işdən çıxarırlar. Heç bir əsas gətirilmir. Bizi dinləyən yoxdur. Aylıq 1102 manat almalı idik, lakin 1000 manat alırdıq. 102 manat - 60 manat DSMF-yə və 60 manat qeyri-rəsmi olaraq əməkhaqqımızdan çıxılırdı".
Digər bir şikayətçi Firuz Əlixanov da müqavilədəki şərtlərdən fərqli olaraq, onlara istirahət günü verilmədiyini deyir:
"Ayda bir dəfə öz hesabıma icazə almışam, istirahətsiz işləmişəm. Müqavilədə göstəriləndən artıq çalışmışam. Yanvarın 6-dan etibarən pandemiya zəiflədiyinə görə bizi öz hesabımıza bir aylıq məzuniyyətə göndəriblər. Deyiblər ki, şikayət etsəniz, geri çağırılmayacaqsınız. Şikayət etdiyimə görə mənə xəbər göndəriblər ki, əşyaları təhvil verim".
İşçilər qeyd ediblər ki, Xidmət dəstəyi qrupunun rəhbəri Rüfət Vəliyev işçilərə bildirib ki, müqaviləni bir halda saxlamaq olar ki, maaşların 50 faizi ona verilsin.
FHN-nin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva isə iddialara cavab olaraq vurğulayıb ki, büdcə məsələləri ilə bağlı toplantı keçirilib, büdcə açılacaq və problem tezliklə öz həllini tapacaq:
"Büdcə məsələləri müzakirə olunub. Yaxın zamanda büdcə açılacaq və müqavilə imzalamış bütün əməkdaşların əməkhaqları ödənəcək. Büdcənin açılması qısa zamanda öz həllini tapacaq".
G.Mehdiyevanın sözlərinə görə, xəstəxanada müqavilədən kənar fəaliyyət göstərilməyib:
"Bu, heç fiziki olaraq da mümkün deyil, çünki xəstəxanada növbəli iş sistemidir. İşdən xəbərdarlıqsız çıxarılma mümkün deyil. Hər şey qanuna uyğun aparılıb. Onlar müqavilə əsasında fəaliyyət göstəriblər. Müqavilə yenilənə və yenilənməyə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





