Cəmiyyət

Sabiq nazir müavini vəfat etdi

23 Fevral 2021 14:11
Baxış: 2 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev ürəktutmadan vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib.

1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini - nazir vəzifəsini müvəqqəti icra edib. Sonra 1993-cü ildən 2004-cü ilədək Azərsənayetikinti Dövlət Şirkətində vitse-prezident, Azərsənayetikinti Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi çalışıb və tikinti sahəsində yüksək xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.