Cəmiyyət

Bakıda təndir çörəyinin qiyməti bahalaşdı VİDEO

23 Fevral 2021 12:29
Baxış: 1 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının bir sıra ərazilərində təndir çörəyinin qiyməti bahalaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt təndirxanalarında daha əvvəlki qiymətə çörək tapmaq müşküldür. Əsasən 50-60 qəpiyə aldığımız təndir çörəyi indi 70 qəpiyə satılır.

Maraqlısı bundadır ki, təndir çörəyi almağa gələnlərin, demək olar, böyük əksəriyyəti qiymətin qalxmasından xəbərsizdir.

Bəs illərdir 50-60 qəpiyə satılan təndir çörəyinin qiyməti niyə 10-20 qəpik qalxıb?

Bəzi ərazilərdə isə təndir çörəyinin qiyməti elə əvvəlki kimi qalıb. Neçə ildir təndir çörəyi bişirib satmaqla məşğul olan Əhməd Əhmədov deyir ki, qiymət artımı olmayan yerlərdə çörəyin çəkisində fərq var.

Bahalaşma təkcə paytaxtın mərkəzində yox, elə ətraf qəsəbələrdə də müşahidə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.