Cəmiyyət

Qar yağması ilə əlaqədar polis gücləndirilmiş rejimə keçib - FOTO

17 Fevral 2021 17:59
Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, DYPB-in inspektorları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər görülür. Nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.