Cəmiyyət

Bazardüzündə “Zəfər zirvəsi” - VİDEO - FOTO

16 Fevral 2021 13:24
Baxış: 1 032
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "Zəfər Azərbaycanındır!" adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.

Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən "Zəfər zirvəsi" adlı lövhə bu yüksəklikdə bərkidilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.