Cəmiyyət

DİM hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət edib

15 Fevral 2021 21:30
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzi martın 3-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət edib. 

DİM-dən Milli.Az-a verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər fevralın 15-dən martın 1-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyə və "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər: https://eservices.dim.gov.az/elimt/hakimtest

Test imtahanı 2021-ci il martın 3-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.