Cəmiyyət

Şuşa bərpa olunur - VİDEO

15 Fevral 2021 10:00
Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixi Şuşa qalasında da bərpa işlərinə başlanılıb

Milli.Az Real TV-yə istinadən bildirir ki, 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun misilsiz əməliyyatı ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb.

İlkin mərhələdə şəhər müharibə dağıntılarının qalıqlarından təmizlənir, bir sıra binalarda təmir aparılır.

28 illik işğal dövründə Ermənistan tərəfindən dağıdılmış 1751-ci ilin yadigarı Şuşa qalasında da bərpa işlərinə başlanılıb. İlkin mərhələdə qala divarları bərpa olunur. İşlərə 22 nəfər cəlb edilib. Qala divarlarının bərpasının Novruz bayramınadək başa çatıdırlması gözlənilir. Bunun ardınca bərpa prosesinin ikinci mərhələsinə start veriləcək. İndidən qala divarlarının bərpası ilə yanaşı layihələndirmə işləri də aparılır. Bərpa zamanı qalanın tarixi görünüşü qorunub saxlanacaq, lakin Azərbaycanın mədəni paytaxtına layiq görkəm alacaq.

Tezliklə Xurşidbanu Natəvanın sarayının da bərpası planlaşdırılır. Prezident İlham Əliyevin tapşırığı ilə bunun üçün müxtəlif yerli, xarici şirkətlər cəlb edilib və layihələr hazırlanır.

Şuşa artıq sutkanın 24 saatı içməli su ilə təmin edilir. "Azərsu" ASC-nin mütəxəssisləri şəhər daxilində su və kanalizasiya xətlərinin, dağıdılmış quyuların bərpası ilə məşğuldurlar.

"Azərişıq" ASC Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidi elektrik enerjisi ilə təchiz edib. Füzuli-Şuşa avtomobil yolunun tikintisi də davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.