Cəmiyyət

Qəbələdə ayı arıçıya hücum etdi

12 Fevral 2021 19:36
Baxış: 1 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə ayı arıçıya hücum çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

Qəsəbə sakini Fərman Rəcəbov kənd  ərazisində arı pətəklərini düzərkən qəfildən  Qafqaz ayısının hücumuna məruz qalıb. F. Rəcəbov ayı ilə əlbəyaxa olub və çətinliklə onun pəncəsindən qurtula bilib.

Yaralı halda dərəyə aşan arıçı bir xeyli orada qaldıqdan sonra qardaşına zəng edib. Yaralı Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralıya sol ayağının, baş və qarın nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu qoyulub. Daha sonra o, müalicəsinin davam etdirmək üçün Bakı şəhərinədəki xəstəxanaların birinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.