Cəmiyyət

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlandı

11 Fevral 2021 16:09
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd verən bakalavrların sayı açıqlanıb.

Milli.Az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, ümumilikdə 3610 bakalavrın sənədi təsdiq edilib, onlardan 3254-ü Azərbaycan, 356-sı isə rus bölməsindəndir.

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.