Cəmiyyət

Bakının daha bir küçəsi əsaslı təmir olunur - FOTO

11 Fevral 2021 13:40
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət başçısının Bakı şəhərində küçə və yolların təmir edilməsi işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, Nizami rayonu Şirin Mirzəyev küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a bildirilib ki, Şirin Mirzəyev küçəsi uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.

Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 330 metr, eni isə ortalama 9 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, köhnə səki daşları yenisi ilə əvəz edilir.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.