Cəmiyyət

Sosial təminat üzrə əhaliyə ödənilən vəsaitlər artıb

10 Fevral 2021 10:50
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9% və ya 51,8 milyon manat çox olmaqla 486,9 milyon manat vəsait ödənilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib. Bu artımlar üçün Fond tərəfindən əlavə olaraq illik 444 milyon manat sərf olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.