Cəmiyyət

Azərbaycanda hər ay 18 min manat pensiya alan var - VİDEO

10 Fevral 2021 09:38
Baxış: 3 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda minimum pensiya məbləği aylıq 220 manat olduğu halda ən yüksək məbləğ ondan 90 dəfə çoxdur.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov məlumat verib.

O bildirib ki, vaxtında alınan yüksək maaş və düzgün rəsmiləşdirmə pensiya yaşında vətəndaşın sosial təminatına da müsbət təsir edir.

Ən yuxarı məbləğdə pensiya 18 min manatdır. Bu 18 min manat pensiyanı alanın kimliyi və hansı sahə üzrə fəaliyyət göstərməsi açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.