Cəmiyyət

Bakıda restoranda şənlik keçirən 15 nəfər saxlanıldı - FOTO

9 Fevral 2021 20:27
Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən "Muğam ocağı" restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilən tədbirlərlə yayılan videogörüntülər araşdırılaraq obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Bildirilib ki, fevralın 2-də xüsusi karantin rejim qaydalarını pozaraq, ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, "karantin rejiminin bitməsi bayramı" adı altında şənlik keçiriblər.

Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Ümumilikdə, 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib.

Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.