Cəmiyyət

Ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər?

9 Fevral 2021 10:45
Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək-damar xəstələrinə müraciət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, deputat bildirib ki, ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər.

"Bütün açıq ürək və stentləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVID-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik", - həkim əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.