Cəmiyyət

Balakəndə avtomobil təmiri, Bakıda mebel sexi yandı

9 Fevral 2021 11:34
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Nəsimi rayonunda mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 456 kv.m olan birmərtəbəli mebel sexinin yanar konstruksiyaları 160 kv.m sahədə, içərisində taxta materiallar və 4 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunda isə ümumi sahəsi 400 kv.m olan avtomobil təmiri sexində yanğın olub.

Sexin yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.