Cəmiyyət

"Bitcoin"in dəyəri ilk dəfə 43 min dolları ötüb

8 Fevral 2021 17:47
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri Bakı vaxtı ilə 17:00-da ticarət sessiyasında 11,8% artaraq 43,8 min ABŞ dollarına yüksəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Bakı vaxtı ilə saat 16:54-də kriptovalyuta 42 min dollarlıq göstəricinin üzərində ticarət olunurdu. Saat 17:14-ə "Bitcoin"in artım sürəti 9,6%-dək yavaşlayıb və 42,6 min dollar səviyyəsində idi.

Qeyd edək ki, bu cür artım "Tesla"nın kriptovalyutaya 1,5 mlrd. dollar sərmayə yatırdığı xəbərlərindən sonra baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.