Cəmiyyət

Bakıda metronun açılması xəbərinə aydınlıq gətirildi - RƏSMİ

7 Fevral 2021 20:22
Baxış: 5 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumatda bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

"Bakı Metropoliteni" QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.