Cəmiyyət

Bakıda daha bir yolda nişanlanma işləri aparılıb

5 Fevral 2021 12:18
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, görülən işlər nəticəsində kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb və növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib

Həmçinin nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.