Cəmiyyət

Onlara 621 mln. manatdan çox kompensasiya ödənilib

30 Yanvar 2021 15:09
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin iyunun 16-dan bu ilin yanvarın 28-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 239,68 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) Milli.Az-a verilən məlumata görə, "AGBank" üzrə 4 629 əmanətçiyə 111,03 mln. manat, "NBCBank" üzrə isə 4 183 əmanətçiyə 128,65 mln. manat kompensasiya verilib.

Ötən ilin iyunun 1-dən bu ilin yanvarın 28-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 381,94 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 765 əmanətçiyə ödənilən məbləğ 139,53 mln. manat, "Atabank" üzrə isə 9 723 əmanətçiyə 242,40 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, yanvarın 28-nə 24 300 əmanətçiyə bu məbləğin 621,6 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 92%-i təmin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.