“Həmin videodan bir saat sonra şəhid olub” - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki ananın şəhadətə qovuşmuş 1 övladını sizə tanıdacağıq. Onu bir ana dünyaya gətirib, digəri böyüdüb... Üçüncü Anasını isə şəhidimiz həddi-buluğa çatandan sonra qazanıb. Birinci anasının adı Gülsabah, ikincisinin adı Gülarə, üçüncüsünün adı isə Vətəndir...
22 yaşlı snayper Sübhan Əbilzadə onu böyüdən iki anasını qoyaraq, özünü üçüncü Anaya qurban verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunun Nərimankənd kəndindən olan, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad edilməsi uğrunda" medalları ilə təltif edilən şəhid Sübhan Əbilzadənin ailəsindən reportaj hazırlayıb.
.jpg)
Atası Arif Əbilov deyir ki, oğlu Sübhan ilk gündən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlində Füzuli uğrunda döyüşlərdə kürəyindən və baldırından qəlpə zərbələri alıb. Xəstəxanada müalicə olunandan sonra anası ondan daha getməməsini istəsə də, "Ana, mənim komandirim yaralanıb, mən burda qala bilmərəm" deyərək yenidən döyüşə, döyüşçü yoldaşlarının yanına yollanıb.
Noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə yüksəkliyi ələ keçirərkən boğazından aldığı minomyot qəlpəsi şah damarını kəsib və uğrunda döyüşdüyü zirvənin alınmasının şahidi olmasa da, şəhidlik zirvəsinə yüksəlib. Nişanlı olan, toyuna hazırlaşan S.Əbilzadə kənd qəbiristanlığında dəfn edilib.
Söhbət əsnasında məlum olur ki, S.Əbilzadənin yeganə qardaşı Əlizamin Əbilov müharibə başlamadan bir neçə ay öncə həbs edilib.
Şəhidi böyüdüb boya-başa çatdıran anası Gülarə Ağayeva əvvəlkitək səhərlər evin aynabəndinə çıxaraq asta səslə Sübhanı çağırır: "Əvvəl səhərlər ev işlərini görərkən Sübhanı çağırırdım, gəlirdi. İndi də səsləyirəm, deyirəm ay Sübhan, soyuqdur axı, bala, evə gəl. Amma Sübhan yoxdur. Nə qədər ki, onun başdaşına şəkli vurulmamışdı, elə bilirdim Sübhan qayıdacaq. Məzarı üstündə şəklini görəndən sonra bildim ki, daha Sübhan gəlməyəcək.
.jpg)
Döyüşə gedəndə mənə bayraq verib dedi ki, bunu qapımızdan asarsan, qolundan da saatını açıb verdi, dedi "bunu bağlı bir yerə qoy".
Arada gülməli nəsə olanda, elə bilirəm Sübhan mənə baxır, deyir ki, mən beləyəm, anam niyə gülür? Kimsə də güləndə deyirəm, gülürsüz hə? Amma Sübhan gülmür. Allah Vətənimizi qorusun, onun üçün canlar getdi".
Sübhanın bioloji anası Gülsabah Əbilova deyir ki, övlad onun olsa da, Sübhanı böyüdən, onun nazını çəkən anası Gülarə xanım olub: "Anası hər şeyi danışdı, mən daha nə deyim? Arzusu bu idi ki, nişanlısı ilə anasını Şuşaya aparsın. Uşağım şəhid olandan iki gün sonra qələbə çalındı".
.jpg)
Sübhanın bacısı Əminə Əbilova qardaşının şəhid olacağını bildiyi üçün atası ilə danışaraq sağollaşdığını deyir: "Sübhan şəhid olduqdan sonra döyüş yoldaşları müharibə zamanı çəkilən videoları bizə göndərdilər. Videolardan biri çəkiləndən bir saat sonra Sübhan döyüşdə şəhid olub.
Sübhan danışanda deyirdi ki, işğaldan azad edilən yerlər cənnət-məkandır, buraya boğulan, nəfəs ala bilməyən insan gəlsə, rahat nəfəs alar.
Sübhan birinci dəfə yaralananda onu ərazidən çıxarmaq üçün maşına qoyublar, həmin vaxt maşın da vurulub. Onu yanan maşının içindən çıxarıb xilas ediblər. Ona deyiblər ki, daha gedirsən, qayıtma. Amma Sübhan döyüş yoldaşlarını tək qoymamaq üçün yenidən döyüşə qayıtdı və şəhid oldu".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pakistandaki 20 yaşlı azərbaycanlı qızla bağlı - Rəsmi açıqlama
-
Bakıda sürücülərə xəbərdarlıq: Bu ərazidə sıxlıq yaranıb
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
XƏBƏR LENTİ
-
Pakistandaki 20 yaşlı azərbaycanlı qızla bağlı - Rəsmi açıqlama
-
Bakıda sürücülərə xəbərdarlıq: Bu ərazidə sıxlıq yaranıb
-
Bahar Lətifqızı canlı efirdə hönkür-hönkür ağladı - (Video)
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
Mətanət verilişində əməkdar artisti təqlid etdi - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Əkrəm Tağıyev vəfat etdi
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Cəlilabaddakı kütləvi zəhərlənmə ilə bağlı prokurorluqdan açıqlama
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı





