Şəhid ailələrindən faydalanmaq istəyənlər kimlərdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səbrsizlik, məlumatsızlıq və gərəkli informasiyanın alınmasını gözləmədən qərar vermək bütün hallarda anlaşılmazlıq yaradır.
Şəhid ailələrinin problemləri olduğunu vurğulayaraq süni şəkildə problemli vəziyyət yaratmağa çalışan qüvvələr bəlli - onların məramları, istəkləri və niyyətləri əyandır.
Vətən Müharibəsini qələbə ilə başa vuran müzəffər Azərbaycan əsgərinin ailəsi sadəcə, onun böyüdüyü cəmiyyət həlqəsi deyil. Şəhidin ailəsi Vətəndir, hər birimizin və Vətən uğrunda canından keçən hər Yurd övladıdır.
Belə olub, belədir və belə də olacaq.
... Bakının həndəvəri, Xocasən, bir zamanlar "Qaşıq zavodu" kimi tanınan sənaye müəssisəsinin yaxınlığındakı məzarlıq.
Bakının mərkəzindən bir qədər kənarda, amma hər birimizin qəlbində olan məkan.
Burada Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşərək torpağa düşən, şəhid olan 11 igidimiz əbədi yuxudadır.
Şahədətə yüksəlmiş 11 vətəndaşımız, 11 ananın gözünün ağ-qarası burada Vətənin torpağındadır.
Həmin şəhidlərin ailə üzvləri, yaxınları isə artıq neçə gündür etiraz aksiyaları keçirirlər.
Dövlət qurumlarının qarşısına toplaşır, tələblərini səsləndirirlər.
Onlar şəhid düşmüş 11 nəfərin - övladın, qardaşın, ərin, atanın İkinci Şəhidlər Xiyabanında dəfn olunmasını istəyirlər.
Aksiyaların sonuncusu isə şəhidlərin məzarlarını sökmək istəyi olub.
Sinirli, qəzəbli şəhid anasını, şəhid bacısını, şəhid qardaşını anlayırıq.
Dərdini, kədərini.
Lakin emosiyalara qapılaraq tələskənlik etmək, hadisələrin məcrasından özünü kənar düşmüş insan, problemlərinin qulaqardına vurulduğunu, Dövlətin Şəhidə biganə qaldığı zamanın fərdi kimi davranmaq yanlışdır.
11 şəhidimizin əbədi uyuduğu o məkanla bağlı indi yox, həftələr əvvəl hazırlanmış xüsusi plan var.
Etiraz aksiyası keçirən, "məzarlıqda təmir işləri aparırlar" deyən ailə fərdlərinin diqqətinə çatdırmaq istərdik ki, sözügedən məkan Bakının ən qutsal anım yerlərindən biri - Şəhid Xiyabanı olacaq.

Hər məzar qara mərmərlə örtüləcək - kədərimizin rəngində.
Məzarların kənarlarındakı yollar və divarlar ağ mərmərə bürünəcək - Zəfərimizin rəngində.
Şəhid ailələri Vətəninin bağrıdır və dövlət də torpaqlarımızın azadlığı uğrunda canını fəda edən heç bir vətəndaşını unutmayıb.
Yaranmış situasiyadan isə həmişə olduğu kimi, ara qataraq dövlətlə vətəndaş münasibətlərində böyük ara olduğunu iddia edən fürsətcil "müstəqil media", daha doğrusu, YouTube-dakı "xəbər kanalları" maksimum dərəcədə faydalanmağa çalışdılar.
Aksiya keçirdiklərini söyləyən şəhid ailələrinin yanında dolaşan və sayları sözlərini deməyə çalışanlardan da çox olan, əllərində tutduqları smartfonları mümkün qədər irəli uzadaraq "Danışın, hakimiyyət niyə susur, sizi görmür - onu deyin, sərt olun!" söyləyən sosial mikrobların məqsədini anlayırmı 11 şəhidin unudulduğunu söyləyən kədərli insanlar?
Şəhid ailələrinin hissləri ilə oynamaq, onlardan virtual məkanda "hayp", "hakimiyyətə qarşı mübarizə" adlandırdıqları sərsəm çırpıntılarda alət kimi istifadə etmək cəhdləri isə mənəviyyatsızlıqdır.
Kədər sakral hissdir: şəhadətə yüksəlmiş, Vətən uğrunda savaşda millətin qəddini dik, alnını açıq etmiş oğullarımızın anaları, bacıları, xanımlarının qəmi əslində ələm deyil, milli zəfərin itki inikasıdır.

11 şəhidin məkanı az sonra zahiri görünüşünü tam dəyişəcək.
Batin dəyişməz qalacaq - o batində Vətənin 11 göz bəbəyi uyuyur.
10 milyon gözün nuru olan şəhidlər.
Sadəcə, azacıq səbr etməliyik.
Xiyaban hazır olacaq və ziyarət məkanına çevriləcək.
Məmləkətin hər yerindəki şəhid məzarları təki...
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
XƏBƏR LENTİ
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)





