Cəmiyyət

Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar

26 Yanvar 2021 17:28
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Aparatın əməkdaşları yanvar ayının 25-i axşam saatlarında Xırdalan şəhərində baş vermiş partlayış hadisəsi ilə bağlı həmin əraziyə baxış keçiriblər.

Ombudsman Aparatından Milli.Az-a bildirilib ki, ilkin olaraq məlum olmuşdur ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, N.Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş verib. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayeva və qızı 2012-ci il təvəllüdlü Fatimə Musayeva dağıntılar altında qalaraq vəfat ediblər.

Eyni zamanda həmin evdə yaşayan Aytən Musayevanın həyat yoldaşı Vüsal Musayev və övladları 2009-cu il təvəllüdlü Firudin Musayev, həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Aparatın əməkdaşları xəsarət almış şəxslərin müalicə olunduqları Akademik M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına baş çəkərək reanimasiya şöbəsində müalicələri davam etdirilən Firudin Musayev və Xədicə Şükürzadənin sağlamlıq durumları ilə maraqlanıblar. Hazırda həmin şəxslərin müalicəsi davam etdirilir. Eyni zamanda həmin xəstəxanada ambulator müalicə alan Əlləzova Səmayə Mövlud qızı müalicə olunaraq evə buraxılıb.

Hadisə yerinə baxış keçirilərkən partlayışın təsirindən yaxınlıqda yerləşən digər binanın 4 sakinin də müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və onlara təcili tibbi yardım tərəfindən yerində müvafiq tibbi yardımın göstərildiyi məlum olub. Partlayış nəticəsində ətrafda yerləşən beş mərtəbəli binaya, fərdi yaşayış evlərinə, ticarət obyektlərinə, o cümlədən ətrafdakı avtomobillərə ziyan dəyib.

Baş vermiş hadisə Müvəkkilin diqqət mərkəzində saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.