2025-ci ilə kimi bu şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin sosial sahədə keçirdiyi siyasətin əsas prioritet istiqamətlərindən birini də şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi və təminatının yaxşılaşdırılması təşkil edir. Dövlətin diqqət və qayğısı nəticəsində çoxsaylı sosial proqramlar həyata keçirilib və bunlardan ən önəmlisi də bu katiqoriyadan olan insanların mənzil şəraitinin yaxşılaşdırılmasıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə 2014-cü ilə qədər olan şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılaması istiqamətində işlər həyata keçirilir. Bu günə kimi 9 100 nəfərə yaxın şəhid ailəsi və qazi mənzillə təmin olunub:
"2020-ci ildə isə rekord sayda, bu katiqoriyadan olan 1500 ailə mənzillə təmin olunub. Müharibə əlilləri və şahid ailələrinə göstərilən qayğının daha da gücləndirilməsi məqsədi ilə bu proqamın genişləndirilməsi ilə bağlı bu gün Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Bu sərəncama əsasən, 2014-cü ildən 2020-ci ilə qədər yerli icra hakimiyyəti orqanlarında mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün uçota durmuş müharibə əlilliyi olan şəxslər və şəhid ailələrimizlə bağlı tədbirin icrasına başlanılacaq.
Eyni zamanda, bilirsiniz ki Vətən müharibəsi ilə əlaqədar olaraq həm şəhidlərimiz, həm də yaralılarımız oldu. Dövlət qayğısının gücləndirilməsi ilə əlaqədar bu kateqoriyadan olan şəxslərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması həyata keçiriləcəkdir. Bu proqramın 2021-2025-ci illərdə icrası nəzərdə tutulur. Mexanizm belədir ki, biz yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu kateroqriyadan olan şxəslərin uçota götürlməsini təmin edəcəyik və proqramın icrasına başlayacağıq".
A.Əliyev qeyd edib ki, Prezidentin imzaladığı sərəncam respublikanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan şəxslərə və şəhid ailələrinə şamil olunur:
"Bu sərəncamda daha bir kateqoriya da var, bu, Çernobıl əlilləridir ki, onların da mənzil-məişət şəritlərinin yaxşılaşdırılması bu sərəncamla həyata keçiriləcək. Hazırda tədbirlərin başlanılması üçün nazirlik tərəfindən bütün zəruri işlər həyata keçirilir. Biz yaxın vaxtlarda mənzillərin bu sərəncam əsasında paylanılmasının şahidi olacağıq".
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarıda qeyd olunan ailələrin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Azərbaycanda Bilik Günüdür
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
XƏBƏR LENTİ
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi





