Cəmiyyət

Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub

25 Yanvar 2021 16:28
Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə qanunvericiliyinə müvafiq olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, onlardan 76 433 akt qanuna uyğun olub: "2 939 aktın isə ləğvi üçün aidiyyəti üzrə tapşırıq verilib. Pandemiya dövründə digər sahələrdə olduğu kimi Bələdiyyələrlə iş mərkəzinin də fəaliyyətində çətinliklər yaranıb. İnzibati tədbirlər görülməsi nəticəsində bələdiyyə aktlarının ləğvi məsələləri 0,5 faiz azalıb.

İl ərzində 3500 müraciətə baxılıb, bu istiqamətdə 800 nəfərin qəbulu həyata keçirilib.

Müraciətlərin sayı 6 faiz çox olub. Təmin edilən müraciətlərin sayı 17 faiz artıb. Bununla yanaşı, 328 qanunazidd bələdiyyə aktının dəyişdirilməsi və ləğvi ilə bağlı təkliflər verilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.