Cəmiyyət

“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib - VİDEO

21 Yanvar 2021 11:30
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan www.teklifimvar.az portalını istifadəyə verib. Portal əhalini ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştiraka təşviq etməklə yanaşı, ictimai nəzarətin gücləndirilməsinə töhfə məqsədi daşıyır.

Milli.Az bildirir ki, internet resursunda qeydiyyatdan keçən istifadəçilərin təklifləri araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçiriləcək. Nəticələrə dair məlumatlar portalda yerləşdiriləcək və bununla da ictimaiyyətin prosesi izləməsi mümkün olacaq.

Xatırladaq ki, "Regional İnkişaf" İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq şəratində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.