Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın şanlı və qanlı tarixi olan 20 Yanvar faciəsi yaddaşımda silinməz iz buraxıb.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında 90-cı ilin 20 Yanvar gecəsi iş yerində olan, Bakı Metropoliteni İdarəsinin (indiki "Bakı Metropoliteni" QSC) maşinisti Vilayət Əsgərov deyib.
O bildirir ki, həmin gecəni səhərə qədər metroda sərnişin daşıyıb:
"Yanvarın 19-u axşam saat 16 radələrində işə gəlirdim. "28 may" stansiyasının qarşısında əhali toplaşmışdı, hamı Azadlıq meydanına axışır, küçələrə çıxırdı. Mən metroda işimə başladım. Həmin gün sərnişin sayı xeyli artmışdı. Axşam saat 22:00 radələrində məlumat gəldi ki, "XI Qızıl Ordu" (indiki "20 yanvar") stansiyasının "Şamaxinka" çıxışında əhaliyə atəş açılır. Əhali təşviş içində idi. Gülləbaran edilən əhali qaçıb metro stansiyasında gizlənirdi.
Məlumat gəldi ki, hərbçilər Azərbaycan Televiziyasının blokunu partladıb. Yaralıları qatarlara mindirirdilər ki, xəstəxanaya çatdırsınlar. İnsanlar qan içərisində yaralıları daşıyırdılar. Bizdən sarğı istəyirdilər. Mən də qatarda olan ilkin tibbi yardım çantamı çıxarıb yaralılara yardım edirdim .Müxtəlif bədən nayihələrindən güllə yarası alanları gətirirdilər qatara. Sərnişinlər dedilər ki, hərbçilər dinc əhalini atəşə tutur. Mən qatar idarə etdiyim üçün çölə çıxa bilmirdim. Amma vətəndaşlardan məlumatlar alırdıq".
V.Əsgərov deyir ki, gecə saat 12-də metropoliten rəhbərliyindən onlara təklif gəlib: "O vaxt biz gecə saat 00:00-a kimi işləyirdik. Həmin vaxt artıq metro sərnişin qəbul etmirdi. Rəhbərlikdən məlumat gəldi ki, kim istəsə səhərə qədər işləyə bilər. Yaralıları daşımaq lazım idi. Səhərə qədər işləmək istəyən ilk şəxs mən oldum. Məndən sonra daha 4 nəfər razı oldu ki, səhərə qədər işləyək. Bu minvalla səhərə qədər dayanmadan yaralıları və digər sərnişinləri daşıdıq. Qatarlar arasında interval 3-5 dəqiqə olsa da, biz həmin stansiyada 10-15 dəqiqəyə qədər gözləyirdik ki, yaralıları gətirsinlər".
Maşinist deyir ki, həmin gecə iş yoldaşı da şəhid olub: "İş yoldaşım İlqar Qarayev həmin gecə məninm qatarımla gəldi hadisə yerinə. İndiki "20 yanvar" stansiyasında mənimlə sağollaşdı düşdü və bildirdi ki, hadisə yerinə gedir. Gecə saat 12 olardı hardasa. İlqar sağollaşdı və getdi. Səhər tezdən eşitdik ki, İlqar da şəhid olub. O gecəni heç cür yadımdan çıxara bilmirəm. Azərbaycan əhalisi o vaxt əsl qəhrəmanlıq, birlik nümayiş etdirdi və qanları ilə tarix yazdı".
V.Əsgərov deyir ki, səhər tezdən gördüyü mənzərədən dəhşətə gəlib: "Hər yer al-qan idi. İnsanlar yenə küçələrə axışır, şəhidlərin dəfninə hazırlaşırdılar. O vaxt mən Kommunist partiyasının üzvü idim. "Qırmızı bilet" deyilən partiyaya üzvlük biletimi cırıb atdım. Çoxları məni qorxutdu ki, guya məni tutacaqlar, amma mən heç kimə fikir vermədim. O gün mənim yaddaşıma həkk olundu. Hələ də o günləri xatırlayanda o anların təsirindən çıxa bilmirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Azərbaycanda Bilik Günüdür
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
XƏBƏR LENTİ
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp





