Yaralansa da, döyüşməyi üstün tutdu və haqq yolunda şəhidlik zirvəsinə ucaldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhrəman şəhidlərimizin hər birinin maraqlı ömür yolu var. Bu ömür qısa olsa da, şərəfli və əbədidir. Vətən torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərən əsgərlərimizdən biri də Ağstafa rayonunun Köçəsgər kəndinin sakini, şəhid Mətləb Ələsgərovdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mətləb Ələsgərov Ağstafa rayonunun Köçəsgər kəndində doğulub, bu kənddə orta məktəbə gedib. Ali məktəbə yüksək balla qəbul olan Mətləb bakalavr təhsilini bitirdikdən sonra magistraturaya daxil olur. Lakin o, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanır, Füzuli istiqamətində döyüşlərə qatılır.
Atası Vüqar Ələsgərov deyir ki, Mətləb döyüşlərin birində əsgər yoldaşı ilə birgə yüngül yara alsa da, hərbi hospitala getmək istəməyib. Hərbçi yoldaşlarını tək qoymayaraq, döyüşməyi üstün tutub. Növbəti döyüşlərin birində, Füzuli uğrunda qəhrəmancasına şəhid olub.
Mətləbin əmisi də təxminən onunla eyni yaşda olarkən birinci Qarabağ müharibəsində şəhid olub. O, hər dəfə söz düşəndə düşməndən əmisinin intiqamını alacağını deyirmiş.
Nənəsi Şəriqə Ələsgərova Mətləbin çalışqan, vətənsevər bir nəvə olduğunu söyləyir: "Mətləb dediyindən dönməzdi. Hərbi xidmətə yola salanda dedim ki, oxuyub magistraturanı qurtarsaydın, toyunu edərdik. Dedi, əmimdən artıq deyiləm ki, əmim getdi şəhid oldu, mən də gedib torpağım uğrunda şəhid olacağam. Qayıtsam, təhsilimi də davam etdirəcəyəm...".
Mətləb dərd-sərini, problemlərini daha çox özündən böyük bacısı ilə bölüşərdi. Kiçik qardaşı da sevimlisi idi.
"Nişanlı idi. Bizimlə axırıncı dəfə sentyabrın 30-da danışdı. 10 gün keçdi, Mətləbin şəhid olduğu xəbəri gəldi", - deyə anası Vüsalə Ələsgərova bildirir.
Hər bir gənc kimi onun da arzuları vardı. Təhsilini bitirdikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdi. Lakin o, torpaqlarımızın azadlığını hər şeydən üstün tutdu və bu haqq yolunda da şəhidlik zirvəsinə yüksəldi.
Mətləb ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





