Cəmiyyət

Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış

16 Yanvar 2021 11:57
Baxış: 1 333
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Karantin rejiminin yumşaldılması ilə bağlı hər kəsə müraciət edərək xahiş edirəm ki, nəticələr yaxşıdır, amma qorunma tədbirlərinə indiki şəkildə davam edək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yeni qapanmalara getməmək üçün əlimizdən gələni edək ki, bu rejimdən çıxa bilək: "Hər birimiz vətəndaş, valideyn olaraq, məktəblərin açılmasını da istəyirik. Bunun üçün əl-ələ verməliyik və birgə çalışmalıyıq".

Y.Qarayeva deyib ki, İsrail ən çox peyvənd edən ölkə olsa da, orada da 3-cü ən sərt karantin rejimi tətbiq edilir. Karantin rejiminə getməmək üçün bu gün yalnız vaksinasiya yetərli deyil: "Hər kəs məsuliyyətini dərk edərək sanitar-gigiyenik qaydalara da əməl etməlidir, vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupları mütləq olaraq, vaksinasiyaya cəlb olunmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.