Cəmiyyət

Qəhrəman döyüşçülərimizi tanıyaq: Şəhid Rüfət Mehdizadə - VİDEO

16 Yanvar 2021 13:42
Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''Düşmən kimidir ki, biz ondan qorxaq. Onlar bizdən qorxsun ki, biz gəlirik''. İmişli rayon sakini Rüfət Mehdizadə bu kəlmələri deyərək vətən müharibəsinə qatılır. O Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Rüfət Mehdizadə ölümündən sonra "Vətən uğrunda", eləcə də ''Xocavənd''-in, ''Füzuli''nin və ''Zəngilan''ın azad olunmasına görə medalları ilə təltif edilib..

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, o da vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Söhbət İmişlinin Qulubəyli kəndində anadan olmuş Rüfət Mehdizadədən gedir.

2015-ci ildə hərbi xidməti başa vuraraq doğulub boya-başa çatdığı Qulubəyli kəndinə qayıdıan Rüfət 2020-ci ilin sentybarında başlayan vətən müharibəsinə qatılır. O Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərk düşmənin canlı qüvvəsini və texnikasını məhv edir.

Dəfələrlə anasına, qardaşına ''torpaqlarımızı azad edəcəm'' deyən Rüfət Mehdizadə ötən ilin oktyabrın 29-da qəhrəmancasına şəhid olur.

Qardaşı və bacısı bu gün şəhid qardaşları ilə fəxr edirlər. Çünki müzəffər ordumuzun şanlı qələbəsində onun da payı var.

Qeyd edək ki, şəhid Rüfət Mehdizadə ölümündən sonra "Vətən uğrunda", eləcə də ''Xocavənd''-in, ''Füzuli''nin və ''Zəngilan''ın azad olunmasına görə medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.