Cəmiyyət

Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün - VİDEO

15 Yanvar 2021 17:34
Baxış: 743

Azərbaycanın müzəffər ordusu işğal altında olan torpaqları azad etdikdən sonra "Böyük qayıdış" proqramı da icra edilməkdədir. Bu gün Şuşaya səfəri zamanı Prezident İlham Əliyev də böyük qayıdışla bağlı fikirlər söylərək qeyd edib ki, artıq bütün işlərə start verilib.

Abşeron rayonu Qobu qəsəbəsində olan şəhərcikdə yaşayan keçmiş məcburi köçkünlər də tez bir zamanda qayıdış proqramının onların hər birinə gəlib çatacağını səbirsizliklə gözləyirlər.

Milli.Az bildirir ki, Trend-in əməkdaşları keçmiş məcburi köçkünlərin yaşadığı "Qobu Park" yaşayış kompleksində olublar. Onların hər biri tez bir zamanda öz ata-baba yurdlarına qayıdacağı günü gözlədiklərini ifadə ediblər:

"Bu gün belə desələr ki, işğaldan azad olunmuş torpaqlarınıza qayıdrsınız, mənim milyonum olsa belə, onu Bakıda qoyub getməyə hazıram".

Bu sözləri Ağdamdan köçkün düşmüş Şahid Abullayev söyləyib.

Füzuli sakini olan Həqiqət Babayeva isə qeyd edib ki, öz ana torpağına qayıdacağı günü səbirsizliklə gözləyir. "Mən bilsəm ki, yollar açılıb və vətəndaşlar rahat şəkildə ora qayıda bilər, inanın, bəlkə ayaqyalın ora gedərəm".

Trend-in "Qobu Park"dan hazırladığı videomaterialı sizlərə təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.