Cəmiyyət

Ən çox izlənilən video dərslər bu siniflər üzrədir

15 Yanvar 2021 10:44
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Video dərslər portalı (www.video.edu.az) interaktiv texnologiyalar tətbiq etməklə təhsil almaq imkanlarını genişləndirir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hazırda portalda ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, "Khan Academy" dərsləri və qiymətləndirmə sistemli dərslər olmaqla, ümumilikdə 4528 ədəd video dərs mövcuddur.

Portalda 2020-ci il üzrə aktiv istifadəçi sayı 456 min və ümumi baxış sayı isə 6.5 milyonu əhatə edib. Ən çox izlənən video dərslər III sinif üzrə 142 min, IV sinif üzrə 156 min, V sinif üzrə 125 min dəfə təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.