Cəmiyyət

Corc Vaşinqton qəbirstanlığında Azərbaycan tarixinə aid izlər var - VİDEO

15 Yanvar 2021 11:44
Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında azərbaycanlıların dəfn edildiyi müsəlman qəbiristanlığında 30-a yaxın həmvətənimizin məzarı var. Ancaq bu qəbirlərin bəziləri yaxınları orada yaşamadıqları üçün itmək üzrədir. Bu məzarlarda yatanlar isə Amerikaya köçən ilk azərbaycanlılardandır. Onların arasında Xalq Cümhuriyyətinin süqutundan sonra bu ölkəyə pənah aparanlar da var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ABŞ-dakı Corc Vaşinqton qəbirstanlığında Azərbaycan tarixinə aid izlər var.

ABŞ-ın müsəlman qəbiristanlığında ölkəmizin müxtəlif şəhərlərindən olan onlarla həmvətənimizin məzarı var. Məzarların üzərindəki kiçik dəmir lövhələrdə mərhumların ad və soyadları, doğulduqları ölkə və şəhər, eyni zamanda doğum və ölüm tarixləri yazılıb. Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Keykurunun oğlu Saleh bəy Keykurun ABŞ-a gələn ilk azərbaycanlı ailələrdəndir.

Birləşmiş Ştatlara gələn azərbaycanlıların ilk sığındığı yer Nyu-York şəhəri olub. Ötən əsrin 60-cı illərində isə burada Amerika-Azərbaycan cəmiyyəti qurulub. Daha sonra cəmiyyət tərəfindən pul toplanaraq burada məzarlıq üçün yer alınıb.

Hazırda qəbirlərin bir çoxu itmə təhlükəsi ilə üz-üzə qalıb və bərpaya ehtiyacı var.

Burada dəfn edilənlərin bir çoxunun yaxını ABŞ-da olmadığı üçün onların izləri silinməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.