Cəmiyyət

Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb

14 Yanvar 2021 13:53
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan ən xoşbəxt insanların yaşadığı ilk beş ölkə sırasında yer alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ukraynanın "Demokratik Təşəbbüslər" Fondu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, Azərbaycanda xoşbəxtlik səviyyəsi 76 faiz təşkil edib. Reytinqdə ilk sıralarda Qırğızıstan (85 faiz), Qazaxıstan (78 faiz), Ekvador (77 faiz) və Kolumbiya (77 faiz) yer alıb.

Siyahıda ən son sıralarda Ukrayna (14 faiz), Ermənistan (12 faiz), Honq Konq (7 faiz), Qana (0 faiz) və Şimali Makedoniya (-3 faiz) qərarlaşıb.

Sorğu 41 ölkənin əhalisi arasında keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.