Şuşada ermənilərin dağıtdığı tarixi abidələrin sayı açıqlandı - FOTOFAKT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənilər bu və ya digər vəsaitlər hesabına Şuşada tarixi binalarda yerləşən Dövlət Musiqili Dram Teatrını, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeylərini, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərini, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialını, Dövlət Rəsm Qalеrеyasını, 4 texnikumu, 2 institut filialını, orta və orta ixtisas musiqi məktəblərini, кitabхanaları, 2 sanatoriyanı, görkəmli sənət adamlarının ev muzeylərini, 70 yerlik turist bazasını, 1200 yerlik internat məktəbi və s. dağıdaraq yox ediblər.
Milli.Az bildirir ki, bunu Trend-ə Şuşada tarixi abidələrlə bağlı aparılan monitorinqdə iştirak edən mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, ermənilər eyni zamanda 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurublar.
F.İsmayılov qeyd edib ki, Ermənistan tətbiq etdiyi vandalizm aktını "humanist" addım kimi təbliğ etmək məqsədilə "Shousi" Mədəniyyət Fondu hesabına Şuşada tarixi binaları və küçələri erməniləşdirmək üçün bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşdu.
Ekspert əlavə edib ki, erməniləşdirmə konsepsiyanın reallaşması üçün Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilmişdi. Bu məqsədlə son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evlərin "bərpa" üçün hazırlanmasını təmin etmişdilər. Ermənistanın Maarif və Elm Nazirliyində daha sonra Nazirlər Kabinetində bu konsepsiya və layihələrə baxılaraq bəyənilmiş, Hökumət tərəfindən Şuşa şəhərini dünya ermənilərinin Dini və Mədəniyyət mərkəzlərinə çevirmək üçün layihələrə Ermənistan Hökuməti Dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılırdı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)





