Vətən müharibəsində şəhid olan iki dost - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir kənddə doğulub boya-başa çatdılar. Eyni sinifdə təhsil alıb, ömürlərinin 11 ilini ayrılmaz dost oldular. Bənzər taleləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq, əbədiyyətə də bir qovuşdular.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İmişli rayonu Məzrəli kəndinin ayrılmaz dostları Elçin Quliyev və Əhliman Mehdiyev Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəliblər. Hər iki dost tərbiyəsi və qorxmazlığı ilə kənddə böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Elçin və Əhliman orta məktəbi də bir sinifdə oxuyub, elə kiçik yaşlarından da dost olublar. Nümunəvi şagird olmaları ilə yanaşı, həmyaşıdlarından da seçiliblər.
Mehdiyev Əhliman Rəhman oğlu 2002-ci il may ayının 17-də İmişlinin Mərzəli kəndində dünyaya göz açıb. Şəhid anası Mənsurə Mehdiyeva qəhrəman şəhidlərin xatirəsindən qürurla danışaraq söyləyir ki, Əhliman və Elçinin ömür yolu sanki eyni olub. Onlar çox sadiq dost olmaları ilə yanaşı, həm də vətənpərvərliyi, qorxmazlığı ilə seçiliblər. Əhliman həqiqi hərbi xidmətə xüsusi təyinatlı hərbi hissədə başlayıb. Sevinirdi ki, hərb sirlərinə dərindən yiyələnəcək. Vətən müharibəsində düşmənə qarşı qəhrəmanlıqla vuruşub.
Onun döyüş yolu Murov dağı istiqamətindən başlayıb. Əhliman həmin ərazidə yerləşən Koroğlu yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib. Növbəti tapşırıq zamanı döyüşçü yoldaşları ilə birgə Ömər Aşırımı adlanan mövqeyi ələ keçirmək üçün hücuma keçib. İki güllə yarası alsa da, döyüşə davam edib. Lakin düşmən tərəfindən atılan artilleriya mərmisi onun yaxınlığına düşüb və Əhliman sentyabrın 28-də şəhidlik zirvəsinə ucalıb.
Əhlimanın şərəfli ömür yolundan fəxrlə danışan atası Rəhman Mehdiyev deyir ki, onun bir çox arzuları var idi. Onlar Elçinlə ayrılmaz dost idilər. Tanrı sanki onları bir yaratmışdı. Bir dəfə olsun səhv etməzdilər, yalan danışmazdılar. "Birinci Elçin hərbi xidmətə yollanmışdı. Bir müddət sonra Əhliman getdi. Əhlimanın bir çox arzuları olsa da, Vətənə olan bağlılığı onun arzularını ikinci plana saldı. Öz təkidi ilə hərbi xidmətə yollandı. Onun döyüşlərə yollandığından xəbərimiz yox idi, bizə bu barədə bir kəlmə də olsun deməmişdi. Düşünürdük ki, Bakıda xidmət etdiyi hərbi hissədədir. Hətta istəyirdik ki, hərbi hissəyə gedib onunla görüşək, amma özü şəhid olaraq bizim görüşümüzə gəldi... Şərəfli qısa ömür yolu ilə köçdü bu dünyadan", - deyə atası söyləyir.
Bənzər taleyi Əhlimanın ən yaxın dostu olan Elçin Quliyev də yaşayıb. O, 2001-ci ildə Məzrəli kəndində dünyaya gəlib. Əhliman kimi vətənpərvərliyi ilə seçilib. Elçinin atası Etibar Quliyev deyir ki, o, müharibə başlamamışdan öncə, hələ hərbi xidmətdə olarkən torpaqlarımızı azad edəcəyini bildirirdi. Sanki gələcəyi görürdü, hiss etmişdi. Həqiqi hərbi xidmətə də böyük ruh yüksəkliyi ilə yollandı. Döyüşlər başlayan zaman imkan olduqca əlaqə saxlayırdı. Onun döyüş yolu Suqovuşan istiqamətində olub.
Elçin atası ilə sonuncu dəfə danışanda ondan hər vəziyyətə hazır olmağı söyləyib. Bu danışıqdan bir həftə sonra isə şəhidlik zirvəsinə ucalıb.
Qardaşı Ələmdar bildirir ki, Elçin torpaqlarımızı azad etmək arzusu ilə yaşayırdı və bu arzusuna çatdı. "2020-ci ilin yanvar ayında o xidmətdə olarkən yanına getmişdim. Mənə işğalda olan torpaqlarımızın istiqamətini göstərdi və dedi ki, o yerlərin hər qarışı bizim vətənimizdir. Döyüş əmrinin verilməsini gözləyirdi. Onun dostu Əhliman Elçindən qabaq şəhidlik zirvəsinə ucaldı. Oktyabrın 2-də dəfn mərasiminə getmişdim. Sanki Elçin bunu hiss etmişdi. Həmin zaman zəng etsə də, dostunun şəhid olduğunu söyləmədim. Mənə dedi ki, ata-anam sənə əmanətdir, evdən muğayat ol. Dostunun dəfnindən bir həftə sonra isə qardaşım Elçin də şəhidlik zirvəsinə ucaldı. Hər iki dost öz şərəfli şəhadəti ilə tarix yazdılar. Əvvəllər şəhid deyəndə Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanlarımızı düşünürdüm. İndi Elçin də onlara qardaş oldu. Bütün şəhidlər mənim qardaşımdır, hər biri ilə fəxr edirəm", - deyə Ələmdar söyləyir.
Ömür yolları və şəhadətləri bənzər olan Elçin və Əhliman ölümündən sonra "Vətən uğrunda" medalı təltif ediliblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
XƏBƏR LENTİ
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)





