“Anamı da götürüb gələrsən bu torpaqlara...” - Şəhid Qalib Nuruzadənin atasına vəsiyyəti - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəranın ucqar dağ kəndi olan Gəgirandan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanan 48 gəncdən 8-i şəhid olub. Qırx dörd gün davam edən haqq savaşımızda son nəfəsinədək döyüşən igidlərimizdən biri də Nuruzadə Qalib Habil oğludur.
1986-cı il iyunun 10-da Gəgiran kəndində dünyaya göz açan Qalib, həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Tərtərdə keçib. Ötən il sentyabrın 21-dən ordu sıralarına çağırılıb. Haqq savaşımız başlayan ilk gündən Füzuli, Zəngilan və Şuşa istiqamətlərində ən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhidin atası Habil Nuriyev deyib ki, oğlu hər dəfə onunla danışanda Qarabağı qarış-qarış azad etdiklərini bildirirdi: "Hər dəfə danışanda deyirdi ki, inşallah anamı da götürüb gələrsən bu torpaqlara. Mütləq gəlib buraları görməlisən".
Daşaltı kəndi uğrunda gedən döyüşlərdə Qalibin əmisi oğlu və silahdaşları ilə rastlaşdığını söyləyən şəhidin dayısı Kazım Kazımov vurğulayıb ki, o, əmisi oğluna ailəli olduğu üçün ona irəli getməməyi məsləhət görüb. Özü isə qabağa gedərək, qəhrəmancasına şəhid olub.
"Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində ordumuz 44 gün ərzində qələbə qazandı. İnsanlar hər gün Prezidentimizin "Twitter" səhifəsini izləyirdi. Onun hər kəlməsi bizi qürurlandırırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, - deyə şəhidin dayısı bildirib.
Ali Baş Komandanın Sərəncamı ilə Qalib Nuriyev ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Qarabağ torpaqlarının işğaldan azad olunmasında Nuriyevlər ailəsinin payının olması onları çox qürurlandırır. İndi ailənin yeganə arzusu Qalibin vəsiyyətini yerinə yetirib, işğaldan azad olunmuş torpaqlara birlikdə gedib, oğlunun ruhunu şad etməkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





