Cəmiyyət

Ərazilər minalardan təmizlənir - Əməliyyatlara dronlar cəlb edildi - VİDEO

7 Yanvar 2021 15:13
Baxış: 1 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yeni texniki vasitələrdən istifadə olunur. Artıq ərazilərin minalardan təmizlənməsi üzrə agentlik tərəfindən əməliyyatlara dronlar da cəlb edilib. Ərazidə xidmət aparan minaxtaran əməkdaşların sayı da artırılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə yeni vasitələr cəlb olunacaq. Bu məqsədlə ölkəmizə yeni mexaniki "Bojena" maşınları gətiriləcək.

İşğaldan azad olunmuş ərazilərin çətin relyefə malik olması səbəbindən ANAMA həmin ərazilərdə dronlardan da istifadəyə başlayıb. Gələcəkdə agentlik tərəfindən bu işlərin genişləndirilməsi nəzərdə tutulur. ANAMA-nın operativ qərargah rəisi İdris İsmayılov bildirdi ki, bununla bağlı artıq onlara təkliflər gəlib.

İdris İsmayılov bildirdi ki, ANAMA işlərin vaxtında yekunlaşması üçün bütün gücünü səfərbər edib. Artıq ərazidə fəaliyyət göstərən əməkdaşların sayı da artırılıb.

İdris İsmayılov onu da əlavə etdi ki, ölkəyə yeni texniki vasitələrin gətirilməsi ərazilərin minalardan təmizlənməsi zamanı vaxt itkisinin qarşısını alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.