Cəmiyyət

Şəhid İsmayıl Qabilov - Şəhidlik zirvəsinə ucaldığı 68 gün sonra məlum oldu - VİDEO

7 Yanvar 2021 12:28
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi üçün qəhrəmanlıq göstərənlərdən biri də çavuş İsmayıl Qabilovdur. Musiqi istedadı olsa da, vətən sevgisi onu hərb işinə yönəltmişdi. Əslən Kəlbəcərdən olan, doğma torpağının işğalda olması ilə barışa bilməyən İsmayıl müharibənin ilk günlərindən ən qızğın döyüşlərə qoşulmuşdu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, doğma torpağı Kəlbəcəri ondan ayıran tək əngəl başıqarlı Murov zirvəsi idi. İllərdir arzusunda olduğu o zirvəni aşmaq üçün Ömər aşırımının bəyaz qarlarını al qanı ilə boyadı.

Şəhid çavuş İsmayıl Qabilov əks hücum əməliyyatlarının ilk günü cəbhədə ən şiddətli döyüşlərin getdiyi Murov istiqamətinə yollanır.

Murov zirvəsini ilk fəth edənlərdən olan İsmayıl Qabilovun ailəsi 2 aydan çox onun yolunu gözləyib. 68 gündən sonra onun şəhid olması haqqında məlumat alırlar.

İsmayılı tanıyanlar deyir ki, onun xüsusi musiqi istedadı olub. Lakin o, Kəlbəcəri azad görməyənə qədər hərbi formanı əynindən çıxarmayacağına söz verib və hərbçi kimi vətənə xidmət edib.

İsmayıl Qabilov döyüşlərdə göstərdiyi şücaətə görə ''Vətən uğrunda'' medalı, xidmətdə fərqlənməsinə görə isə müxtəlif mükafatlarla təltif olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.