Cəmiyyət

Xaricdən edilən sifarişləri yeni fəaliyyətə başlayacaq portal vasitəsilə də bəyan etmək mümkün olacaq

30 Dekabr 2020 17:26
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.

Bu barədə komitədən Milli.Az-a məlumat verilib.

Xatırladaq ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir. Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı "Smart customs" mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub "Ana səhifə"dəki "Sadələşdirilmiş bəyannamə-Elektron ticarət" bölməsini seçməklə xidmətdən yararlanmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.